Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

Emin Hüseynovdan xəbər yoxdur


Emin Hüseynov
Emin Hüseynov

-

Artıq dördüncü gündür Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynovdan xəbər yoxdur.

Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-də axtarış apararkən Emin Hüseynov iştirak etməyib. Axtarışa rəhbərlik edən müstəntiq RATİ-nin direktorunun iştirakının vacib olmadığını bildirib.

RATİ-nin əməkdaşları və ailəsi Emin Hüseynovun harada olduğunu bilmir. Emin Hüseynovun mobil telefonu avqustun 10-dək zəngləri qəbul edib, amma cavab verən olmayıb. Avqustun 11-dən isə telefonu söndürülüb.

Baş Prokurorluğun mətbuat xidməti də Emin Hüseynovla bağlı məlumata malik deyil. «Mətbuat xidmətində Emin Hüseynovla bağlı hər hansı məlumat yoxdur», mətbuat xidmətindən Turan-a bildirilib.

XS
SM
MD
LG