Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:42

Yeni siyasi məhbus siyahısı açıqlanıb -97 nəfər


Avropa Şurası qarşısında etiraz, 2013
Avropa Şurası qarşısında etiraz, 2013

-

Avqustun 8-də Azərbaycanda olan siyasi məhbusların son vahid siyahısı elan olunub.

Hüquq müdafiəçiləri Leyla Yunus ilə Rəsul Cəfərovun hazırladığı həmin siyahıda 97 məhbusun adı yer alıb.

Hər iki hüquq müdafiəçisi bu siyahını elan etmək ərəfəsində həbs olunublar.

Məlumata görə, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit olunmuş meyarlar əsasında müəyyən edilib.

80 səhifəlik sənəddə siyasi məhbus hesab edilən hər bir məhbus haqqında detallı məlumatlar verilib.

XS
SM
MD
LG