Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 20:06

Prezident 1-ci Avropa oyunları ilə bağlı sərəncam verdi


İlham Əliyev
İlham Əliyev

-

Prezident İlham Əliyev I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam verib.

Bu barədə prezidenti rəsmi saytı məlumat yayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, iki aya Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edənlərin, o cümlədən iştirakçılarının akkreditasiya sisteminin təşkili üçün müvafiq tədbirlər görsün.

«2.1. müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan gələ və Azərbaycandan gedə bilərlər».

Sərəncamın bu bəndi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xarici İşlər Nazirliyinə isə tapşırılır ki, I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Olimpiya Komitəsinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin.

XS
SM
MD
LG