Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:06

Prezidentlərin Soçi görüşü: Gözləntilər birmənalı deyil


İlham Əliyev və Serzh Sarkisian
İlham Əliyev və Serzh Sarkisian

-

Avqustun 8-də Rusiyanın Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentləri - İlham ƏliyevSerzh Sargsyan-ın görüşü nəzərdə tutulub. Görüşün təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, hər iki prezident Soçidə Vladimir Putinlə ayrı-ayrılıqda, daha sonra üçtərəfli və sonra ikilikdə görüşəcəklər.

ATƏT Minsk Qrupunun həmsədrləri görüşlərə qatılmayacaqlar.

İyulun 31-dən bəri Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində atəşkəs ardıcıl olaraq pozulur, hər iki tərəf itki verir, yaralananlar var. Yerli və xarici ekspertlər Qafqazda yeni müharibə təhlükəsindən yazırlar.

AZƏRBAYCAN TORPAQLARINI GERİ İSTƏYİR

Soçi görüşü müsbət bir nəticə verəcəkmi? Təhlilçilərin cavabı birmənalı deyil, elə Azərbaycan hakimiyyəti də bu görüşdən diqqətçəkən bir nəticə gözlədiyini bəyan etməyib.

Avqustun 6-da cəbhə bölgəsinə səfər edən Azərbaycan prezidenti İlham Əliyev yalnız bunu deyib ki, Azərbaycan öz torpaqlarını hərb yolu ilə qaytarmaq iqtidarındadır, amma hələ də danışıqlar prosesinə ümidlə yanaşır. Soçi görüşünə işarə edən dövlət başçısı belə danışıqlardan birinin elə bu yaxınlarda olacağını da vurğulayıb, amma gözləntilərini açıqlamayıb.

Prezident beynəlxalq birliyin Qarabağ münaqişəsinə davamlı passiv münasibətini, onun «nə hərb, nə də sülh» vəziyyətini saxlamaq istəməsini kəskin tənqidə tutub. Onun fikrincə, bəziləri problemə dondurulmuş münaqişə kimi baxmaq istəyir, amma Azərbaycan bu münaqişəni dondurulmuş saymır və öz torpaqlarını geri istəyir.

ERMƏNİSTAN DANIŞIQLARDAN MÜSBƏT NƏTİCƏ GÖZLƏYİR

Ermənistan Prezident Aparatı məlumat yayıb ki, ölkə rəhbəri Serzh Sargsyan avqustun 8-də Soçiyə işgüzar səfərə gedir.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Serzh Sargsyan rusiyalı həmkarı ilə yanaşı Azərbaycan prezidenti ilə də görüşəcək.

Ovik Abraamian
Ovik Abraamian

Ermənistan Prezident Aparatı bildirir ki, «Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi» yoxdur.

Ermənistanın baş naziri Ovik Abraamian Soçi görüşündən müsbət nəticələr gözlədiyini dilə gətirib: «Azərbaycan iqtidarı da görür ki, güc nümayişinin onun xalqına, ordusuna, hakimiyyətinə heç bir faydası yoxdur. Əminəm ki, tərəflər danışıqlar masası arxasında oturacaq və biz problemin sülh yolu ilə həllinə qərar verəcəyik».

Baş nazir deyir ki, sərhəddə müharibə yetişir və bu müharibə tərəflərin heç birinə yaxşı nəsə verməyəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG