Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:13

Rusiya bazarında pendirin 30 faizi sanksiya tətbiq olunan ölkələrdən gəlir


Rusiyanın kənd təsərrüfatı nazirliyinin məlumatına görə, Qərb dövlətlərinə qarşı sankiyalardan sonra ən çox problem pendirlə bağlı yarana bilər. Rusiyada satılan pendirlərin 50 faizi xarici pendirdir. Sanksiya tətbiq olunan ölkələrdən Rusiyaya hər il 263 min ton pendir gətirilir. Bu da bazarın 30 faizidir.

İkinci yerdə meyvə və giləmeyvələrdir.

Sanskiya tətbiq olunan ölkələrdən Rusiyaya ildə 1602 milyon ton meyvə gətirilir, bu da daxili bazarın 14,7 faizidir.

Rusiya işlətdiyi meyvənin 58 faizini xaricdən alır. Rusiyaya hər il 6352 milyon ton meyvə gətirilir.

3-cü yerdə balıqdır. Sanksiya tətbiq olunan ölkələrdən Rusiyaya ildə 457 min ton balıq gətirilir. Bu da bazarın 13,3 faizidir. Rusiya hər il xaricdən 884 min ton balıq alır.

XS
SM
MD
LG