Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:54

Ekspert: «Dünyada benzin ucuzlaşır, bizdə qalxır»


-

«Dünyada brent benzinin qiyməti son 10-15 günündə sürətlə enir. Dünənki birja məlumatlarına görə, brent markalı benzinin qiyməti 104 dollar 50 sent olub. Yəni son günlərdə 10 dollara yaxın ucuzlaşma müşahidə edilib», - iqtisadçı-ekspert Natiq Cəfərli AzadlıqRadiosuna müsahibəsində deyir.

O, deyir ki, hazırda bir çox ölkələrdə «Premium Euro-95»in qiymətində ucuzlaşma var:

«Məsələn, Avropada Norveçdən sonra ən bahalı benzin Türkiyədə satılır. Orda belə benzinin qiymətində ucuzlaşma müşahidə olundu. Azərbaycanda «Premium Euro-95»in qiymətinin qaldırılmasını dünya bazarındakı vəziyyətlə izah etmək məntiqsizlikdir. Birincisi, Azərbaycan neft istehsalçısı olan ölkə kimi keyfiyyətli benzin istehsalını da təmin etməli idi. Amma hökumət bu 20 ildə bunu etməyə bacarmadı».

«BENZİN İDXALINDA RƏQABƏT YOXDUR»

Natiq Cəfərlinin fikrincə, benzin idxalında rəqabət yoxdur, bu da benzinin qiymətinə təsir edir:

«Bu sahədə rəqabət aparan şirkətlər yoxdur. Belə olsaydı, bir gecəyə bütün yanacaq doldurma məntəqələrində qiymətlər eyni şəkildə qalxmazdı. Məsələn, qonşu Gürcüstanda bir neçə pərakəndə yanacaq satan şirkətlər var, onların yanacaq doldurma məntəqələrində ayrı-ayrı qiymətlərdi, yəni eləsi var, «Premium Euro-95»-i 2 lari 8 sentə satır, eləsi var 2 lari 3 sentə».

«HÖKUMƏT BÜDCƏ KƏSRİNDƏN QAÇMAQ İSTƏYİR»

İqtisadçının fikrincə, «Premium Euro-95»in qiymətinin qaldırılmasını büdcə kəsrindən qaçmaq məqsədidir:

«Müstəqillik dövründə ilk dəfə büdcədə ciddi problemlərin yaşanması müşahidə olundu. Büdcə kəsiri birdən-birə 3 dəfədən çox artdı, büdcə gəlirləri 4 faiz azaldı. Dövlət müxtəlif yollarla büdcə kəsrini qapatmağa çalışır. Hökumət islahatlar aparmaq əvəzinə camaatın cibinə girməyə üstünlük verir».

Azərbaycanın rəsmiləri bildirirlər ki, ölkədə istehsal olunan 92 markalı benzin tələbatı tam ödəmir, onun da idxalına ehtiyac var. Bu bəyanatlara görə, gözləmək olar ki, hökumət 92 markalı benzinin qiymətini qaldırsın,- Natiq Cəfərli deyir. Onun sözlərinə görə, benzinin qiymətindəki son artımlar nəticəsində büdcəyə 300 milyon manata yaxın əlavə vəsait daxil olacaq:

«Bu da kifayət edəcək ki, hökumət büdcə kəsrinin bir hissəsini bağlasın».

XS
SM
MD
LG