Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:39

İlham Əliyev cəbhə bölgəsində olub [Video/Foto]


-

AĞDAMDA OPERATİV MÜŞAVİRƏ

Prezident İlham Əliyev avqustun 6-da Ağdamdakı hərbi hissələrdən birində olub.

Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, əsgərlərlə görüşdən sonra operativ müşavirə keçirilib, müvafiq tapşırıqlar verilib.

AzTV xəbər verir ki, müdafiə naziri Zakir Həsənov yaranmış hərbi şərait barədə dövlət başçısına məlumat verib. Sonra prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.

İlham Əliyevin iştirakı ilə müşavirə keçirilib. İlham Əliyev bildirib ki, «Azərbaycan ordusu hər an erməni mövqelərini darmadağın etməyə hazır vəziyyətdədir».

Əliyev Yerevanı «konstruktiv» olmağa çağırıb. Son hadisələr barədə danışan Əliyev «erməni ordusunun Azərbaycan tərəfinə xaincəsinə basqın etdiyini» bildirib. Ermənilərin böyük sayda itki verdiyini deyən Əliyev əlavə edib ki, «düşmən bunları gizlədir»: «Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilib».

Daha sonra prezident Ağdamda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib.

Qəsəbəyə Ağdam rayonunun «Dörd yol» adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda yaşayan 3100 ağdamlı məcburi köçkün köçürüləcək.

Sonra dövlət başçısı Ağdam rayon sakinləri ilə görüşüb.​

İLHAM ƏLİYEV AĞDAMDADIR

Prezident İlham Əliyev Ağdam rayonundadır. Bu barədə AzadlıqRadiosuna dövlət başçısı ilə görüşən Quzanlı kənd sakinləri məlumat veriblər.

«Çox əla bir görüş oldu, prezident cəbhə bölgəsinə gəldiyi üçün adamların əhval-ruhiyyəsi çox yüksəkdir. Bir az olar prezident bizim kəndi tərk edib başqa kəndlərə getdi».

Hələki rəsmi kütləvi informasiya vasitələri bu görüş barədə məlumat vermir. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə deyilir ki, prezident cəbhə kəndlərində əsgər və zabitlərlə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin avqustun 1-də yaydığı məlumatına görə, Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. 3 gün gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbçisi həlak olub. Rəsmi məlumatlarda qarşı tərəfin də çoxsaylı itkilər verdiyi bildirilir.

Unnamed Road, Quzanlı, Azerbaijan
Unnamed Road, Quzanlı, Azerbaijan

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG