BMT Təhlükəsizlik Şurası İraqda islamçıların dini azlıqları edam etməsini pisləyib. Şura bildirir ki, İslam Dövləti yaraqlıları Yezidiləri və xristianları qətlə yetirir.
İslam dövləti yaraqlıları on minlərlə yezidiyə avqustun 2-də ultimatum verib: islamı qəbul etsinlər, cərimə ödəsinlər, çıxıb getsinlər ya da öldürüləcəklər.
İki həftə əvvəl eyni tələb Mosuldakı xristianlar qarşısında qoyulmuşdu.
İslam Dövləti təşkilatı İraqın şimalının və qərbinin böyük hissəsini tutub.