Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Prezident Administrasiyası rəhbərinin müavini ağır xəsarət alıb


Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev

-

Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev Kürdəmir rayonunda yol qəzası zamanı ağır xəsarət alıb.

Bu barədə Turan İnformasiya Agentliyi xəbər yayıb.

Öz xidməti BMW avtomobilində Ağdam rayonuna gedərkən yolda onun maşını qarşıdan gələn «VAZ 21015» avtomobili ilə toqquşub.

Z.Nağdəliyev çənə və kəllə-beyin xəsarəti alıb. Əvvəlcə Kürdəmir xəstəxanasına aparılıb, sonra oradan vertolyotla Bakıya gətirilib. Bu barədə Turan-a səhiyyə orqanlarındakı mənbələr məlumat verib.

«VAZ 21015» avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Z.Nağdəliyev həm də Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiridir.

XS
SM
MD
LG