Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:57

Ramil Usubov hesabat verməyə hazırdır


Daxili İşlər naziri Ramil Usubov, 9 aprel 2006
Daxili İşlər naziri Ramil Usubov, 9 aprel 2006
«Daxili işlər orqanları həmişə deputatların və vətəndaşların qarşısında hesabat verməyə hazırdır. Mən də nazir kimi görülən işlər barədə daim vətəndaşlara və deputatlara məlumat verirəm. Çoxsaylı deputatları qəbul edirəm, görüşlər keçiririk. Ölkədəki kriminogen vəziyyət, cinayətkarlığa qarşı mübarizə, daxili işlər orqanlarında aparılan islahatlar barədə məlumat verirəm. Əgər hansısa deputat bu arzudadırsa, onunla görüşüb istədiyi məlumatı verə bilərəm»

Bunu sentyabrın 23-də mətbuat nümayəndələri ilə söhbətində Daxili İşlər naziri Ramil Usubov bildirib. Bundan əvvəl bir neçə millət vəkili Ramil Usubovun Milli Məclisdə hesabat verməsi təklifi ilə çıxış etmişdi.


Ramil Usubov son vaxtlar ölkədə avtomobillərin sayının iki dəfə artığını da bildirdi. Polisin yeni geyimlə təmin olunması haqqında isə dedi ki, bunun üçün 2007-ci ildə 6 milyon manat ayrılacaq. Yeni geyimlərlə ilk növbədə Bakı qarnizonu, Bakıdakı polis orqanları, Abşeron, Sumqayıt, Gəncə polis şöbələri əməkdaşları təmin ediləcək.


XS
SM
MD
LG