Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:11

Azərbaycanda kompyuter oyunları üzrə çempionat keçirilir


Qaliblər dünya çempionatına qatılacaqlar
Qaliblər dünya çempionatına qatılacaqlar
Sentyabrın 21-də Azərbaycanda ilk dəfə Kompyuter Oyunları üzrə I Milli Çempionatın startı verildi. Səkkiz gün davam edəcək çempionatı Gənclər və İdman Nazirliyi (GİN) keçirir. Çempionatda 14 yaşdan 35 yaşına qədər yeniyetmə və gənclər iştirak edəcək. Yarışlar «FIFA Soccer 2006» və «Need for Speed: MOST Wanted» oyunları üzrə təşkil olunacaq.

GİN-in Gənclərlə İş Şöbəsinin məsləhətçisi Elnar Mehdiyev deyir ki, bu, Azərbaycanın kompyuter oyunçularının dünyaya çıxması üçün yaxşı şansdır: «Qalib gələnlər dünya çempionatına qatılacaqlar. Gənclər arasında informasiya biliklərinin artırılması baxımdan da yaxşı vasitədir».


Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Quliyev də çempionatın keçirilməsini alqlışlayır: «Kompyuter oyunlarının tərkibində zehni inkişaf etirmək, alternativ vəziyyətlərdə nə edə bilmək imkanları var. Son məqsəddə gənclərin informasiya mədəniyyətini formalaşdıracaq».


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə çempionatın təşkilatçılarına milli oyunlar hazırlamağı məsləhət görür: «Azərbaycanın özünün milli oyunları olsa, yaxşı olar. Bu cür oyunlar yaradıb çempionat keçirmək uğurlu alınardı».


İlk milli çempionatda qalib gələn oyunçular oktyabrın 18-də İtaliyada keçiriləcək kompyuter oyunları üzrə dünya çempionatına qatılacaqlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG