Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 09:03

Nazirlər yenə ayrı-ayrılıqda görüşəcəklər


Həmsədrlərin mövqeyi belədir ki, indiki məqamda görüşlər ayrı-ayrılıqda keçirilməlidir
Həmsədrlərin mövqeyi belədir ki, indiki məqamda görüşlər ayrı-ayrılıqda keçirilməlidir

ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə yenə də ayrı-ayrılıqda görüşəcəklər. Görüş bu dəfə sentyabrın 25-26-da Nyu-Yorkda baş tutacaq. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadənin sözlərinə görə, bir həftə əvvəl nazirlərin Nyu-York görüşü haqqında razılıq əldə olunsa da, sonradan təkbətək görüşə üstünlük verilib. Cənab Tağızadə bu qərarı nazirlərin yox, həmsədrlərin verdiyini bildirir: «Həmsədrlərin mövqeyi belədir ki, indiki məqamda görüşlər ayrı-ayrılıqda keçirilməlidir».


Gələn həftə ABŞ-da keçiriləcək görüşlərdən əvvəlsə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Almaniyada genişlənmiş Avropanın siyasi-iqtisadi perspektivləri mövzusunda keçiriləcək Beynəlxalq Bertelsman Forumuna qatılacaq. Yeri gəlmişkən, sentyabrın 22-23-də Almaniyada baş tutmalı olan həmin tədbirdə ölkə başçısı İlham Əliyev də iştirak edəcək. Prezident Almaniyanın federal kansleri Angela Merkel ilə görüşəcək.



XS
SM
MD
LG