Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:22

«Amnesty International» İrandakı Azərbaycan məhbusu Abbas Lisani haqda 2-ci bəyanatını verib


İranda Azərbaycanında həbs edilən fəallarının taleyi bir sıra beynəlxalq qurumların diqqət mərkəzindədir. «Amnesty International»ın sentyabrın 19-da açıqladığı təcili məlumatda milli-mədəni hüquqlar uğrunda mübarizə aparan Abbas Lisaninin Ərdəbil həbsxanasında sağlamlıq durumunun kəskin pisləşdiyi xəbər verilir.


Həmin bəyanatda İran Azərbaycanlılarının milli haqlarının müdafiəsi istiqamətində fəaliyyətinə görə işgəncələrə məruz qalmış və İslam Respublikasının inqilab məhkəmələrində əlavə cinayət ittihamları ilə üzləşən Abbas Lisaninin azadlığa buraxılması üçün beynəlxalq ictimaiyyətdən reaksiya tələb edilir.


Abbas Lisani 2006-cı il, iyunun 3-də Ərdəbildə keçiriliən nümayişdə iştirak etdiyinə görə həbs edilib. O, 2 gün həbsxanada saxlandıqdan sonra Ərdəbil məhbəsinə köçürülüb.


Cənab Lisani 58 gün aclıq edib və bu müddət ərzində İran polisi onu izolyatorda saxlayıb.


«Amnesty International» Abbas Lisaninin sağlamlıq durumundan dərin narahatlıq keçirdiyini bəyan edib.


XS
SM
MD
LG