Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:51

İran Azərbaycanında kütləvi həbslər başlayıb


İran Azərbaycanında Ana dilinin tədrisi tələbi ilə sentyabrın 23-də aksiyalar keçirilməsi gözlənilir
İran Azərbaycanında Ana dilinin tədrisi tələbi ilə sentyabrın 23-də aksiyalar keçirilməsi gözlənilir

İranın bir çox Azərbaycan təşkilatları tərəfindən dəstəklənən və Ana dilinin məktəblərdə tədrisini tələb edən 23 sentyabr aksiyaları ərəfəsində nəzarət altına alınan Azərbaycan fəallarının sayı artmaqdadır. Bunların arasında karikatura qalmaqalında tutulub, son vaxtlar həbsdən azad edilən tanınmış fəallar da var.


O cümlədən Çingiz Bəxtavər sentyabrın 20-də axşam saat 3-də Təbrizdəki iş yerində tutulub təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən nəzarət altına alınıb. Təbriz fəallarından Qulamriza Emani və Əli Sədiq də aydın olmayan səbəblərlə tutulublar. Marağa fəallarından isə Rəsul Qurbani son bir həftə ərzində dəfələrlə İttilaat (təhlükəsizlik idarəsinin) təftişlərinə məruz qalıb.


Ərdəbil Universitetinin professorlarından Mənsur Ciddi də sentyabrın 19-da səbəbsiz olaraq həbs edilib. Bununla son bir həftə ərzində Təbriz, Salmas, Urmiyə, Marağa və Ərdəbil şəhərlərində tutulan azı 10 nəfərin adı məlumdur.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG