Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Avqust, çərşənbə, Bakı vaxtı 01:27

Amerikalı general Bakıda görüşlərə başladı


ABŞ-ın Avropa Komandanlığının yeni komandan müavini, general Uilyam Uord sentyabrın 20-də ikigünlük səfərlə Bakıya gəlib. ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə ataşesi Conatan Henikin «Azadlıq» radiosuna verdiyi məlumata görə, bu, cənab Uordun Azərbaycana ilk tanışlıq səfəridir. Sentyabrın 20-də Uilyam Uord prezident İlham Əliyevlə də görüşüb.


İki günlük səfər çərçivəsində amerikalı general Müdafiə və Xarici İşlər nazirlərilə də görüşəcək. Amerika-Azərbaycan və NATO-Azərbaycan münasibətləri müzakirə mövzusudur. General Uord Bakıya gəlməzdən əvvəl Tbilisidə olub.





XS
SM
MD
LG