Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:12

Azərbaycanda dini azadlıqlara münasibətdə dəyişiklik yoxdu


Əhalisinin 96 faizi müsəlman olan Azərbaycanda şiə və sünni təriqətləri arasında hər hansı ziddiyyəti yoxdur
Əhalisinin 96 faizi müsəlman olan Azərbaycanda şiə və sünni təriqətləri arasında hər hansı ziddiyyəti yoxdur

ABŞ Dövlət Departamentinin 2006-cı ilin ötən dövründə dünya ölkələrində dini azadlıqların vəziyyətlə bağlı illik hesabatı 197 ölkəni əhatə edir. Hesabatın Azərbaycana aid hissəsində bildirilir ki, bu il ölkədə dini azadlıqlara münasibətdə ciddi dəyişiklik baş verməyib. Bəzi pozuntular olmasına baxmayaraq, ölkə konstitusiyası dini azadlıqların qorunmasını təmin edir. Hesabatda dini qurumların qeydiyyatı sahəsində problemlərin qaldığı xüsusi qeyd edilir. Bildirilir ki, bölgələrdə fəaliyyət göstərən bir dini qurum isə onlara kütləvi tədbirlər keçirmək üçün yer verilməməsindən şikayətləniblər. Bəzi təqiblər olsa da hazırda dini baxışlarına görə həbsdə saxlanan məhbus haqqında məlumat yoxdur. Amma, ölkənin şimal rayonlarında dini baxışlarına görə adamların təqib edilməsi haqqında xəbərlər var. Hökumət son bir neçə ildə İran və Səudiyyə Ərəbistanından maliyyələşən missioner dini qrupları ölkədən çıxarıb.


İndiyə qədər ölkədə 27 dini qrup qeydiyyata alınıb, 6 qrupun ərizəsi qəbul olunmayıb. Ümumilikdə 347 qrup qeydiyyatdan keçib
Sənədə görə, ötən hesabatdan indiyə qədər ölkədə 27 dini qrup qeydiyyata alınıb, 6 qrupun ərizəsi qəbul olunmayıb. Ümumilikdə 347 qrup qeydiyyatdan keçib.


Hesabatda həmçinin qeyd edilir ki, «96 faizi müsəlman olan Azərbaycan əhalisi arasında şiə və sünni təriqətləri arasında hər hansı ziddiyyəti yoxdur. Lakin, azərbaycanlı müsəlmanların əksəriyyəti dini deyil, mədəni və etnik ənənələrə riayət edirlər». Sənəddə deyilir ki, Konstitusiya ölkə vətəndaşlarının dini azadlığını təmin edir, lakin ölkə qanunlarına görə din xadimləri siyasi fəaliyyətlə, siyasi funksionerlər isə dini fəaliyyətə məşğul ola bilməzlər. Üstəlik dini vasitələrdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır.


«Ölkə ərazisində dini ədəbiyyat isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə nəşr edilə bilər. Dini icma və qrupların qeydiyyatı və fəaliyyəti məsələsində bəzi məhdudiyyətlər mövcuddur».


Sənəddə bildirilir ki, ABŞ dini qurumların qeydiyyatı və dini ədəbiyyata senzura sahəsindəki problemlərdən narahatlığını Bakıdakı səfirliyi vasitəsilə Azərbaycan rəsmilərinə çatdırıb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Aqil Hacıyev «Azadlıq» radiosuna bildirib ki, komitə hesabatın bəzi bəndləri ilə razıdır: «Dini ədəbiyyata bəli, Dövlət Komitəsi rəy verməlidir. Bu, bəzi ekstremist və radikal dini ədəbiyyatın Azərbaycana gətirilməsinin qarşısını almaq üçündür. Bu rəy məhdudlaşdırma üçün yox, dövlətçiliyə qarşı yönələn kitabları sıradan çıxarmaq üçündür».



Aqil Hacıyevin sözlərinə görə, müxtəlif təriqətlərdən olan cəmiyyətlərin qeydə alınmasında heç bir problem yoxdur. Vəhhabilər isə qeydiyyatla bağlı indiyə qədər müraciət etməyiblər. «Müraciət olsa, bu müzakirə oluna bilər».



AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG