Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:31

Hacı Məmmədov və dəstə üzvləri Elmar Hüseynovun qətliylə bağlı dindirilir


Sentyabrın 18-dən başlayaraq Baş Prokurorluğun müraciəti əsasında «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətliylə bağlı istintaq orqanı Hacı Məmmədovu, Aslanbek Çintamirovu, Musa Dabuyevi, Nizami Abdullayevi və Fərhad Məmmədbəyovu dindirməyə başlayıb. Dindirmə avqustun 23-nə qədər davam edəcək. Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev «Azadlıq» radiosuna bildirib ki, dindirmədə Baş prokurorun birinci müavini Rüstəm Usubov da iştirak edir. Dindirməylə bağlı açıqlama isə bir müddət sonra veriləcək.


Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun rəhbərik etdiyi deyilən dəstənin məhkəmə prosesi isə sentyabrın 25-də davam edəcək. Hacı Məmmədov iyul ayında məhkəmə prosesində Elmar Hüseynovu onun rəhbərlik etdiyi dəstənin keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə öldürdüyünü deyəndən sonra istintaq orqanı onu bir dəfə dindirmişdi.


Keçən həftə keçirilən məhkəmə proseslərinin birində Aslanbek Çintamirov isə demişdi ki, istintaq vaxtı jurnalistin qətlini onun boynuna qoymaq istəyiblər.


Hacı Məmmədovun vəkili Səməd Əliyev deyib ki, Elmar Hüseynovun qətli ilə bağlı Fərhad Əliyev Hacı Məmmədovla üzləşdiriləcək. Hazırda sabiq nazir Ədliyyə Nazirliyinin müalicə müəssisəsində saxlanır. Müalicə bitdikdən sonra üzləşmə baş tutacaq. O ki qaldı sentyabrın 18-dən başlayan dindirməyə, cənab Əliyev «Azadlıq» radiosuna bildirib ki, bununla bağlı hələ ona məlumat verilməyib.


XS
SM
MD
LG