Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:14

«Bütün münaqişələr BMT-də müzakirə oluna bilər»


«Hazırda söhbət sadəcə, məsələnin sessiyanın gündəliyinə salınmasından gedir»
«Hazırda söhbət sadəcə, məsələnin sessiyanın gündəliyinə salınmasından gedir»

Budəfəki həmsöhbətimiz Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin əməkdaşı Xəzər İbrahimdir. Onunla GUAM ərazisində «dondurulmuş» münaqişələrin BMT Baş Assambleyasının müzakirəsinə çıxarılması barədə söhbətləşdik. Söhbəti ixtisarlarla təqdim edirik:


SUAL: – Xəzər bəy, GUAM ölkələri – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova bu təşəbbüslə nəyə nail olmaq istəyir?


CAVAB: – İlk növbədə bu məsələnin bir qurum tərəfindən – GUAM adından çıxarılması müsbət bir məqamdır. Hər üç ölkədə – Gürcüstan, Azərbaycan və Moldovada «dondurulmuş» münaqişələr var və onlara BMT kimi mötəbər təşkilat tərəfindən belə bir ümumi yanaşma müsbət amildir. Üçüncüsü, əlbəttə ki, məsələnin sırf Azərbaycanın münaqişəsi nöqteyi-nəzərindən deyil, ümumi bir kontekstdə BMT-yə çıxarılması başqa dövlətlərin və beynəlxalq təşkilatların bu məsələyə daha ciddi baxmasına imkanlar yaradır.


SUAL: – Qətnamənin layihəsi barədə məlumat varmı? Hansı qətnamə qəbul oluna bilər Baş Assambleyada?


CAVAB: – Xeyr, bu məsələlər müzakirələr zamanı nəzərdən keçirilir. Ondan əvvəl dövlətlər öz mövqelərini uzlaşdırmalıdırlar. Müzakirələr aparılır və yalnız ondan sonra hansısa bir layihə ortaya çıxır, hansısa bir sənədin qəbul olunması nəzərdən keçirilir. Hazırda söhbət sadəcə, məsələnin sessiyanın gündəliyinə salınmasından gedir.



"Heç bir münaqişənin müzakirəsində inhisarçılıq olmamalıdır və o, hər bir forumda müzakirə olunmalıdır."

SUAL: – Xəzər müəllim, Rusiya nədən bu məsələnin BMT-nin müzakirəsinə çıxarılmasından bu qədər narahatdır? Bu o deməkdirmi ki, ümumiyyətlə, Rusiya keçmiş post-Sovet məkanında mövcud olan münaqişələrin bir növ yaradıcısıdır və hazırda həmin münaqişələrin beynəlxalq səviyyəyə çıxarılmasını istəmir? Hətta Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mixail Kamınin deyir ki, mövcud mexanizmlərin ləğv edilərək onların yeni formata keçirilməsinə lüzum yoxdur və bu addım sülh prosesinə müsbət heç nə verməyəcək.


CAVAB: – Mən belə bir qənaətdə deyiləm ki, Rusiya münaqişənin həllinin əleyhinə çıxır. Qeyd etmək istərdim ki, gündəliyə salınan məsələ yalnız bizim münaqişə ilə bağlı deyil. Bu, ümumiyyətlə, GUAM ölkələrində olan münaqişələrlə bağlıdır və Rusiyanın hər bir münaqişədə müxtəlif rolu var. Cənab Kamıninin səsləndirdiyi bəyanata gəldikdə isə, bildirmək istərdik ki, məsələnin BMT Baş Assambleyasının 61-ci sessiyasına çıxarılması mövcud olan formatların əvəz olunması demək deyil. Heç bir münaqişənin müzakirəsinə inhisarçılıq olmamalıdır və o, hər bir forumda müzakirə olunmalıdır. Amma hansısa bir forumda məsələnin müzakirəsi Minsk Qrupunun səlahiyyətlərinin dəyişdirilməsinə heç bir aidiyyəti yoxdur.


SUAL: – Ümumiyyətlə, son 10 ildə demək olar ki, BMT-nin çıxardığı qətnamələrin heç biri yerinə yetirilməyib. Bundan o nəticə çıxmır ki, Baş Assambleyada hər hansı bir qərar qəbul edilsə, o, da kağız üzərində qalacaq?


CAVAB: – Mən deməzdim ki, qəbul olunmuş bütün qərarlar və sənədlər yerinə yetirilmir. Amma Siz tamamilə düz deyirsiz ki, çoxlu sənədlər yalnız kağız üzərində qalır və əfsuslar olsun ki, həmin qətnamələrdən dördü də bizə aiddir. O biri tərəfdən, realist olmaq, vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Heç bir şey etməməkdənsə, yəqin ki, mövcud olan bütün imkanlardan istifadə etmək lazımdır. Azərbaycan diplomatiyasının da israrlığı məhz bundan ibarətdir…


XƏZƏR İBRAHİMLƏ SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG