Almaniyanın Münhen şəhərində pivə festivalı keçirilir. Almanların və bütün dünyadan olan pivə sevənlərin festival zamanı altı milyon litrə yaxın pivə içəcəkləri gözlənilir. Builki pivə festivalı ötən illərdəki festivallardan iki gün çox çəkəcək.
İlk dəfə Oktoberfest adlı pivə festivalı 1810 –cu ildə keçirilib.