Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 00:06

Tələbələr yenidən aclıq aksiyasına başlaya bilər


MAU-nun tələbələri Təhsil Nazirliyi və universitetin binası qarşısında aksiyalar təşkil edəcəklərini də bildirirlər
MAU-nun tələbələri Təhsil Nazirliyi və universitetin binası qarşısında aksiyalar təşkil edəcəklərini də bildirirlər

Müstəqil Azərbaycan Universitetinin (MAU) 300 nəfərdən çox tələbəsi sentyabrın 16-dan yenidən aclıq aksiyasına başlaya bilər. Bu barədə «Azadlıq» radiosuna Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinin üzvü Xalid Qarayev məlumat verib. Onun sözlərinə görə, MAU-nun rektoru Abbas Mustafayev sentyabrın 15-də tələbələrlə yenidən görüş keçirib və onlara sentyabrın 16-dan dərsə gəlməyi tapşırıb. Amma toplantı keçirən tələbələr onlara universitetin qanuni fəaliyyəti barədə heç bir sənəd təqdim olunmadığından dərsə getməmək qərarına gəliblər.


Cənab Qarayev bildirir ki, MAU rəhbərliyi tələbələrə universitetin binasında aclıq aksiyası keçirməyə icazə verməyib: «Biz siyasi partiyalara və QHT-lərə öz qərargahlarında aksiya keçirmək üçün yer ayrılması məqsədi ilə müraciət edəcəyik. Müsbət cavab alan kimi, elə sabahdan aksiyaya başlayacağıq».


Xalid Qarayev tələbələrin təkcə aclıq etməyəcəyini, həm də Təhsil Nazirliyi və universitetin binası qarşısında aksiyalar təşkil edəcəklərini də bildirdi.


Müstəqil Azərbaycan Universitetinin I, III və IV kursunda təhsil alan tələbələr isə artıq digər özəl ali məktəblərə köçürülüb. 2004-cü ildə universitetə qəbul olan tələbələr testdənkənar qəbul olunduğuna görə, nazirlik onları digər ali məktəblərə köçürməkdən imtina edib.


XS
SM
MD
LG