Bu mövsüm Azərbaycanda pambıq yığımı azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, mövsüm başlanandan 17 min tondan artıq pambıq yığılıb. Bu, keçən ilin uyğun dövrü ilə müqayisədə 39 faiz azdır. Pambıq yığımında azalmanın səbəbləri arasında səpin sahələrinin və pambığın yetişmə surətinin azalması göstərilir.