«Bir neçə aydan sonra Gəncədə Ombudsman Aparatının regional nümayəndəliyi açılacaq». Sentyabrın 14-də Gəncədə səfərdə olan ombudsman Elmira Süleymanova belə deyib. Onun sözlərinə görə, BMT-nin maliyyə dəstəyilə Şəki, Quba və Cəlilabadda fəalliyyət göstərən nümayəndəliklərin aparatın strukturuna daxil edilməsi və büdcədən maliyyələşdirilməsi üçün ölkə prezidentinə müraciət ediblər.
Xanım Süleymanova onu da bildirir ki, son vaxtlar regionlardan gələn şiikayətlərin sırasında təkcə məhkəmə, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının yox, həm də bələdiyyələrin adları çəkilir. Onun fikrincə, bələdiyyələrdən şikayətlərin artmasına səbəb onların yerli əhaliylə işlərini düzgün qura bilməməsidir.