Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 04:58

Venesiya Komissiyası Bakıya müraciət edəcək


Venesiya Komissiyanın üzvü Sergey Kuznetsov
Venesiya Komissiyanın üzvü Sergey Kuznetsov

Avropa Şurası Venesiya Komissiyası (VK) yaxın günlərdə Azərbaycan hökumətinə müraciət etməyə hazırlaşır. Buna səbəb Bakının Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təklifləri komissiyaya göndərməməsidir. VK-nın üzvü Sergey Kuznetsov deyir ki, apreldə Azərbaycan rəsmiləri seçki qanunvericiliyi ilə bağlı təklifləri yaxın zamanda onlara təqdim edəcəklərini bildirmişdilər: «Sentyabrın ortasınadək təkliflər komissiyaya daxil olmasa, biz Azərbaycan hökumətinə müraciət edəcəyik. Rəsmi müraciətdən əvvəl Prezident Aparatı ilə əlaqə saxlayıb təkliflərin hazır olması ilə maraqlanacağıq».


2003-cü il prezident və 2005-ci il parlament seçkilərindən sonra Avropa Şurası Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçki qanunvericiliyinə dəyişiklik edilməsini, eləcə də seçki komissiyalarının tərkibinin dəyişdirilməsini tövsiyə etmişdi.


Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə bu günlərdə mətbuata açıqlamasında Seçki Məcəlləsinə dəyişiklik edilməsinə ehtiyac olmadığını deyib.


XS
SM
MD
LG