Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:22

9 illik təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı keçirildi


Bu gün Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Göyçay şəhərlərində əsas-9 illik təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı keçirildi. Tələbə qəbulu üzrə dövlət komissiyasından verilən məlumata görə, 8014 plan yeri uğrunda 10 mindən çox abituriyent mübarizə aparıb. Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Azərbaycan dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan veriblər. Rus bölməsinin abituriyentləri isə ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dilindən də imtahan veriblər.


Əsas təhsil bazasından texnikumlara ayrılmış 8014 plan yerindən 7264-ü Azərbaycan, 215-i rus bölməsinə, 535-i isə birgə müsabiqə üçün nəzərdə tutulub. İmtahanın nəticələri bir həftə ərzində «Abituriyent» jurnalında dərc ediləcək və TQDK-nın internet saytında ( www.tqdk.gov.az ) yerləşdiriləcək.


Bu gün həm də ilk dəfə olaraq yetkinlik yaşına çatmayan məhbuslar da orta ixtisas məktəblərinə imtahan veriblər.


XS
SM
MD
LG