Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:43

ADP sədrinin müavini 5 il müddətinə azadlıqdan məhrum edildi


Sentyabrın 7-də Daşkəsən Rayon Məhkəməsi Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Natiq Əfəndiyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsiylə bağlı hökm çıxarıb. Cənab Əfəndiyevin vəkili Vüqar Xasayev «Azadlıq» radiosuna bildirib ki, prosesdə müdafiə tərəfinin vəsatətləri təmin olunmayıb, vacib şahidlər dindirilməyib. Vəkil hökmü sifarişli saydığını bildirib və apellyasiya şikayəti verəcəyini deyib.


ADP sədrinin müavini Natiq Əfəndiyev ötən ilin oktyabr ayında həbs olunub. O, qanunsuz silah saxlamaqda ittiham olunurdu.



XS
SM
MD
LG