Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:52

«O olmasın, bu olsun» ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsində oynanılacaq


Yeni teatr mövsümündə Azərbaycan Dövlət Opera və Balet Teatrı ilk dəfə olaraq Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» operasının premyerasını keçirəcək. Teatrın Mətbuat Xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, Məşədi İbad rolunda xalq artisti Azər Zeynalov çıxış edəcək. Digər rolları Şahlar Quliyev, Elxan Əhədzadə, Natəvan İsmayılova, Həsən Enami və Gülüstan Əliyeva ifa edəcək. Tamaşının quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və drijoru Cavanşir Cəfərov, quruluşçu rəssamı Tahir Tahirovdur.


Artıq bir neçə aydır teatrın səhnəsində «O olmasın, bu olsun»un məşqləri davam edir. Tamaşanın premyerası isə oktyabrın 7-də olacaq.


Opera və Balet Teatrı yeni mövsümü sentyabrın 19-da Üzeyir Hacıbəyovun «Arşın mal alan» tamaşası ilə açacaq.



XS
SM
MD
LG