Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:39

Texnikumlara qəbul imtahanının günü təyin olundu


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 8-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Göyçay şəhərlərində texnikumlara qəbul imtahanı keçirəcək. Abituriyentlərə sentyabrın 5-i, 6-sı və 7-də sənəd verdikləri Sənəd Qəbulu Komissiyalarından «Abituriyent vəsiqəsi», «İmtahana buraxılış vərəqəsi» və «Yaddaş kitabçası» paylanacaq.


Əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə 8014 plan yerinə 10353 ərizə qəbul olunub. Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Azərbaycan dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər.


İmtahandan sonra bir həftə ərzində nəticələr «Abituriyent» jurnalında dərc ediləcək və TQDK-nın internet saytında yerləşdiriləcək. Qəbul olmayanlar isə öz imtahan nəticələri barədə məlumatı sənəd verdikləri texnikumdan ala bilərlər.


Sentyabrın 4-dən orta təhsil bazasından (11 illik təhsil) 2006-07-ci tədris ili üçün dövlət və qeyri-dövlət orta ixtisas məktəblərinə sənəd qəbulunun II mərhələsinə də start verilib. Abituriyentlər sənədlərini sentyabrın 9-dək hər gün orta ixtisas təhsili məktəblərində yaradılmış Sənəd Qəbulu Komis­siyalarına təqdim etməlidirlər.


XS
SM
MD
LG