Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:08

Sakit Zahidovun məhkəməsi təxirə salındı


Sentyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun işi üzrə məhkəmə təyin olunduğu vaxtdan bir saat gec başladı. Hakim Azər Orucov bildirdi ki, dövlət ittihamçısı ezamiyyətdə olduğundan məhkəmə prosesi sentyabrın 12-də davam edəcək.


«Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovu iyunun 23-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları həbs edib. O, qanunsuz narkotik maddə saxlamaqda və satmaqda ittiham olunur. Sakit Zahidov isə bildirir ki, narkotik maddə olan 9 qram heroini onun cibinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları qoyublar.


Sakit Zahidov «Azadlıq» qəzetində ayrı-ayrı hakimiyyət nümayəndələrini tənqid edən satirik şerlərin müəllifidir.


XS
SM
MD
LG