Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 20:03

Ramil Usubovun iddiası hələlik təmin olunmadı


Eynulla Fətullayevin 2 il 6 ay şərti azadlıqdan məhrum edilməsi istənilir
Eynulla Fətullayevin 2 il 6 ay şərti azadlıqdan məhrum edilməsi istənilir

Sentyabrın 4-də Yasamal Rayon Məhkəməsində hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun xüsusi icraat qaydasında «Realnı Azərbaycan» qəzetinin təsisçi və baş redaktoru Eynulla Fətullayevə qarşı iddiasına baxılıb. Hakim qərara alıb ki, nazirin böhtan və təhqir hesab etdiyi məqalələrin müəllifi Aydın Kərimovun şəxsiyyəti müəyyən olunana qədər iş üzrə icraat dayandırılsın.


Sentyabrın 1-də isə Yasamal Rayon Məhkəməsi cənab Usubovun adıgedən qəzetə qarşı mülki iddiasının təmin olunmasına dair qərar qəbul etmişdi. Qərara əsasən, qəzet təkzib verməli və dəyən mənəvi ziyana görə, 15 min yeni manat ödəməlidir.


Həmin məhkəmədə Ramil Usubovun nümayəndəsi Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə təsisçi və baş redaktorun 2 il altı ay müddətinə şərti azadlıqdan məhrum edilməsini istəmişdi.


XS
SM
MD
LG