Cənubi Koreyanın Sənayenin İnkişafına Yardım Agentliyi Dövlət Gömrük Komitəsinə (DGK) yardım etmək niyyətindədir. Agentlik gömrük işinin texniki-iqtisadi inkişafıyla bağlı layihə hazırlayıb. DGK-dən verilən xəbərə görə, layihə hazırda yerli ekspertlər tərəfindən araşdırılır. Yekun qərar araşdırmalar başa çatandan sonra veriləcək.