Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:10

Qış aylarında qazın həcmi artırılacaq


Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasını sentyabrın 1-də keçirilən iclasında Kiyev rəsmiləri Bakıdan neft məhsulları almaq arzusunda olduqlarını bildiriblər. Tərəflər bu sahədə ixracın şərtlərini nəzərdən keçirməyi qərara alıblar. Xəzər neftinin Odessa-Brodı neft kəməri ilə nəqlinə və sonradan bu marşrutun Baltik və Şimal dənizi limanlarına qədər uzanması haqqında layihələrə Azərbaycan şirkətlərinin cəlb olunması haqqında danışıqları davam etdirmək barədə də razılıq əldə olunub.


«Azəriqaz» Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Bakı və ətraf kəndlərin qaz təchizatının yaxşılaşdırılması üçün qış aylarında qaz təchizatını 12 milyon kubmetrdən 13 milyon kubmetr səviyyəsinə qədər artıracaq.


XS
SM
MD
LG