Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:27

Dövlət Neft Şirkətinin nəzdində alqı-satqı şirkətinin yaradılması planlaşdırılır


Dövlət Neft Şirkəti Avropa ölkələrinin, eləcə də İsrailin bir sıra neft emalı zavodları ilə neftin birbaşa çatdırılması haqqında danışıqlara başlayıb. Bu barədə şirkətin vitse-prezidenti Elşad Nəsirov məlumat verib. İndi Azərbaycan neftini Ceyhan və Supsa limanlarında treyderlər – alqı satqı şirkətləri alır və daha sonra neft emalı müəssisələrinə satır. Cənab Nəsirov deyib ki, «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatı artdığı üçün neftin vasitəçilər olmadan neft emalı zavodlarına satılması məqsədəuyğundur. Onun sözlərinə görə, artıq ilin sonunda birbaşa satış reallaşa bilər. Bunun üçün Dövlət Neft Şirkətinin nəzdində treyder şirkətinin yaradılması planlaşdırılır.


XS
SM
MD
LG