Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:24

Hüquq müdafiəçiləri Qobustan həbsxanasında dəyirmi masa keçirmək istəyir


Avqustun 30-da bir sıra hüquq müdafiəçisinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərovla görüşü gözlənilir. Bu barədə məlumat verən İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun direktoru Səidə Qocamanlının sözlərinə görə, görüşdə Qobustan qapalı həbsxanasındakı vəziyyət və ora hüquq müdafiəçilərinin səfəri müzakirə ediləcək. Xanım Qocamanlı deyir ki, həmin görüşdə onlar Qobustan həbsxanasında penitensiar sistemin və Respublika Prokurorluğunun əməkdaşları ilə birlikdə dəyirmi masa keçirməklə bağlı təklif verəcəklər. Məqsəd sözügedən həbsxanada problemlərin birgə müzakirəsi və çıxış yollarının axtarılmasıdır.


Son zamanlar Qobustan həbsxanasında ömürlük cəzaya məhkum olunmuş bir sıra məhbuslar aksiya keçirmiş, onlardan biri isə intihar etmişdir.


XS
SM
MD
LG