Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:39

Müsəlman ölkələri korrupsiyaya qarşı mübarizəyə başlayır


İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin korrupsiya əleyhinə proqramı təqdim olunub. Avqustun 28-də Malaziyanın paytaxtı Kuala-Lumpura toplaşan təşkilata üzv ölkələrin korrupsiyaya qarşı mübarizə qurumları və hüquq-mühafizə orqanlarının nümayəndələri proqramı müzakirə edəcəklər.


Respublika Prokurorluğunun Mətbuat Xidmətindən «Azadlıq» radiosuna verilən məlumata görə, bu tədbirdə Azərbaycanı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Namiq Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Tədbirdə 50 ölkədən 200 nümayəndənin iştirak etdiyi bildirilir.


İKT 1969-cu ildə müsəlman ölkələri başçılarının görüşündə yaradılıb. Hazırda 57 ölkə bu təşkilatın üzvüdür, 10 ölkə isə müşahidəçi statusuna malikdir. Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür. Qurumun Bakıda keçirilən son zirvə görüşündə ona sədrlik növbəti bir il müddətinə Azərbaycana verilib.


XS
SM
MD
LG