Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Ədliyyə Nazirliyinin əməkdaşları Qobustanda məhbuslarla görüşüblər


Ədliyyə Nazirliyi Qobustan həbsxanasında aclıq aksiyası keçirildiyini təkzib edir
Ədliyyə Nazirliyi Qobustan həbsxanasında aclıq aksiyası keçirildiyini təkzib edir
Ömürlük azadlıqdan məhrumetmə cəzası almış və Qobustan həbsxanasında aclıq aksiyası keçirdikləri bildirilən məhbusların yaxınlarından «Azadlıq» radiosuna daxil olan məlumata görə, avqustun 25-də Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəis müavini Natiq Talıbov həmin məhbuslardan yeddisi ilə görüşüb. Həmin mənbənin məlumatında qeyd edilir ki, Natiq Talıbov aclıq edənlərin aksiyanı dayandırmalarını istəyib və tələblərinin həyata keçirilməsinə çalışacağını bildirib. Amma məhbuslar rəis müavininin təklifi ilə razılaşmayıblar.

Həmin həbsxanada ömürlük cəza çəkən bir qrup məhbus bir neçə gün əvvəl aclıq aksiyasına başladıqlarını bildirmişdilər. Onlar məhbus yoldaşları Kamandar Aslanovun ölümündən sonra həyatları üçün narahat olduqlarını bildirir və buna görə də hüquq müdafiəçilərinin, ombudsmanın həbsxanaya gələrək real şəraitlə tanış olmasını tələb edirdilər. Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun təmsilçisi Novella Cəfəroğlu isə Qobustan həbsxanasına gələn həftə baş çəkəcəklərini deyir. Ombudsman isə artıq avqustun 17-də orada olub şəraitlə tanış olduğu üçün təkrar baxışa ehtiyac görmür.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin əməkdaşı Rafiq Ramazanov isə Qobustan həbsxanasında aclıq aksiyası keçirildiyini təkzib edir. Eyni zamanda o, deyir ki, avqustun 25-də bütün həbsxanalara, o cümlədən Qobustan həbsxanasına da baxış keçirilib: «Biz həmişə həbsxanaya gedəndə, məhbusları qəbul etmişik. Özü də Baş İdarənin əməkdaşları yeddi nəfər yox, daha çox məhbusla görüşüblər».


Rafiq Ramazanov hüquq müdafiəçiləri və ya ombudsmanın istənilən vaxt həbsxanaya getmək imkanı olduğunu da söylədi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG