Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:45

Rusiyadan Azərbaycana qaz verilməsi yenidən dayandırılıb


Avqustun 23-ü səhər Rusiyadan Azərbaycana qaz verilməsi yenidən dayandırılıb. Rusiya tərəfi bunu təmir işləri ilə əlaqələndirir. «Azəriqaz» Səhmdar Cəmiyyətinin sədr müavini Nazim Səmədzadə deyir ki, qazın verilməsi avqustun 24-də bərpa olunacaq.


Azərbaycan Rusiyadan bu il 4.5 milyard kubmetr həcmində qaz almaqla bağlı müqavilə bağlayıb. Bu qaz əsasən, ölkənin şimal rayonlarına və elektrik enerjisi istehsalına yönəldilir. Azərbaycan rəsmiləri deyirlər ki, bu il «Şahdəniz» yatağının istismarından sonra Rusiyadan alınan qazın həcmi azaldıla bilər. Yay girəndən Rusiya ikinci dəfədir ki, təmiri səbəb göstərib Azərbaycana verilən qazı dayandırır.


XS
SM
MD
LG