Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 22:42

«Amnesty International» Mehdi Babaini vicdan məhbusu elan edə bilər


Azərbaycanlı fəal Mehdi Babai Əcəbşir
Azərbaycanlı fəal Mehdi Babai Əcəbşir

Avqustun 17-də «Amnesty International» insan hüquqları təşkilatı İranda azərbaycanlı fəal Mehdi Babai Əcəbşirin həbsi ilə əlaqədar bəyanat yayıb .


Bəyanatda 31 yaşlı Mehdi Babai Əcəbşirin iyulun 11-də həbs olunduğu bildirilir. Sənəddə deyilir ki, Mehdi Babainin saxlanıldığı yer açıqlanmır və ona işgəncələr verilməsi ehtimalı mövcuddur. Mehdi Babainin həbsinə onun azərbaycanlıların hüquqları uğrunda dinc fəaliyyətinin səbəb olduğu deyilir. Bu halda «Amnesty International» onu vicdan məhbusu hesab edə bilər


Bəyanatda deyilir ki, İran hökuməti öz hüquqları uğrunda mübarizə aparan azərbaycanlılara qarşı repressiyalar tətbiq edir. May ayında İranın rəsmi qəzetində azərbaycanlıları təhqir edən karikaturaların dərcinə qarşı təşkil olunan mitinqlərdə azərbaycanlı fəalların polis tərəfindən qətlə yetirildiyi də bəyanatda qeyd olunur. «Amnesty International» bildirir ki, aksiyalar zamanı ölüm faktını inkar edən polis mayın 29-da Naqadeh şəhərində 4 nəfərin öldüyünü etiraf edib.


«Amnesty International» Mehdi Babainin saxlanıldığı yerin açıqlanmasını, onun işgəncələrə məruz qalmadığının sübuta yetirilməsini və qanuni cinayət işi açılmadığı halda onun azadlığa buraxılmasını tələb edir. Həmçinin, Mehdi Babainin azərbaycanlıların hüquqları uğrunda mübarizəyə görə həbsə atıldığı təsdiqlənərsə, onun vicdan məhbusu elan ediləcəyi də İran rəsmilərinin nəzərinə çatdırılır.


XS
SM
MD
LG