Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:54

Ramil Usubov KİV rəhbərləri ilə görüşüb


Görüşdə qərara alınıb ki, KİV nümayəndələri DİN-də akkreditə olunsunlar
Görüşdə qərara alınıb ki, KİV nümayəndələri DİN-də akkreditə olunsunlar

Avqustun 19-da Daxili İşlər Nazirliyində nazir Ramil Usubov Mətbuat Şurası İdarə Heyətinin üzvləri və aparıcı KİV rəhbərləri ilə görüşüb. Görüşdə polis – jurnalist münasibətləri, eləcə də son vaxtlar tərəflər arasında yaranmış xoşagəlməz vəziyyətin aradan qaldırılması yolları müzakirə edilib.


Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov deyir ki, görüş səmimi keçib və əldə edilən razılaşmalar onun müsbət nəticələri olacağından xəbər verir:


«Bu görüş hər iki tərəf üçün müsbət rol oynayacaq. Jurnalistlərlə polis orqanları arasında münasibətlərin istiləşməsinə gətirib çıxaracaq. Sonda qərara alındı ki, KİV nümayəndələri DİN-də akkreditə olunsunlar və onların peşəkarlığının artırılması üçün müəyyən konfranslar, seminarlar keçirilsin. Bu da görüşün müsbət nəticələrindən xəbər verir».


Cənab Amaşov əlavə edir ki, görüşdə jurnalistlərə qarşı qətl, zorakılıq halları, onların məhkəmələrə verilməsi və sair məsələlərə də toxunulub. KİV rəhbərləri Ramil Usubovdan xahiş ediblər ki, həbsdə olan jurnalistlərin azad edilməsinə köməklik göstərsin. Nazir isə öz növbəsində mətbuatda gedən yazılarla bağlı iradlarını bildirib. Bundan sonra rəhbərlik etdiyi qurumun jurnalistlərlə bağlı məhkəməyə yox, Mətbuat Şurasına şikayət edəcəyini deyib.


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə deyir ki, görüş kəskin diskussiyalar şəraitində keçib. Onun konkret nəticəsi həbsdə olan jurnalistlərin azadlığa buraxılıb-buraxılmaması ilə müəyyənləşəcək. Ancaq Rauf Arifoğlu daxili işlər nazirinin redaktorları israrla dostluğa dəvət etməsini, qaldırılan problemlərin həllinə çalışacağını bildirməsini müsbət göstərici hesab edir və bunun müəyyən nəticəsi olacağını deyir.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG