Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:42

«Gün Səhər»: «Ehtiyatlı olun, istilər qayıdır!»


«Şərq» qəzetinin əməkdaşı xəbər verir ki, Mil­li Məc­li­sin səd­ri Oq­tay Əsə­dov Minsk Qru­pu­ həm­sədr­lə­ri­nin Qa­ra­bağ prob­le­mi­nin həl­li ilə bağ­lı tək­lif­lə­ri­nin parlamentdə mü­za­ki­rə­yə çıxarılacağını açıqlayıb. Mə­sə­lə­yə mü­na­si­bə­ti­ni bil­di­rən Ümid par­ti­ya­sı­nın səd­ri, mil­lət və­ki­li İq­bal Ağa­za­də isə he­sab edir ki, Azər­bay­can tez­lik­lə mə­sə­lə­lə­rin ko­or­di­na­si­ya­sı­nı də­yiş­mə­li­dir. O, bil­di­rib ki, sö­zü­ge­dən prob­lem­lə bağ­lı Mil­li Məc­li­sin qə­ra­rı ol­ma­lı­dır. İqbal Ağa­za­də yal­nız bun­dan son­ra da­nı­şıq­lar aparmağın və kon­kret ad­dım­lar at­ma­ğın tə­rəf­da­rıdır.

«Mərkəz» qəzetinin əməkdaşı yazır ki, Abşeronda kanalizasiya sularının sistemsiz axını ətraf mühiti dəhşətli durumla üzləşdirib. Amma müəllif onu da qeyd edir ki, bu qaranlıq məsələdə bir işıq ucu görünməkdədir: problemi bütünlüklə çözə biləcək bir tədbirin təməli artıq qoyulub.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mirsalam Qəmbərov bildirib ki, Bakı və ona yaxın yaşayış məntəqələrinin ümumi kanalizasiya sistemi ilə bağlı konsepsiya artıq dövlət səviyyəsində razılaşdırılıb. Hətta bir xarici təşkilatın bu problemin həllində iştirakçı olmaq istədiyi deyilir. «Azərsu» SC-nin mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmovun müəllifə təqdim etdiyi rəsmi materiallarda həmin şirkətin OTV SA olduğu göstərilir. Adı yalnız abreviatura ilə qeyd edilən bu şirkətin su təchizatı və kanalizasiya sistemləri üzrə ixtisaslaşmış məşhur fransız təşkilatı olduğu deyilir.


«Gün Səhər» qəzetindəki «Ehtiyatlı olun, istilər qayıdır!» başlıqlı məqalədə müəllif yazır ki, temperatur yüksəldikcə, isti havadan əziyyət çəkənlərin də sayı artır. Əhali bir az da ictimai nəqliyyatda hökm sürən şəraitsizliyə görə əziyyət çəkir. Bəzən elə olur ki, gün altında gəzəndə problem yaranmır, amma cəmi 2-3 pəncərəsi olan marşrut taksilərə minəndə kimlərinsə ürəyi gedir. Bu vəziyyəti xırda ticarət köşklərinə, kiçik dükanlara da aid etmək olar. Müəllif bildirir ki, hərarət 40 dərəcəni keçəndən sonra hava şəraiti insan sağlamlığı üçün təhlükəli sayılır. Amma mövcud Əmək Məcəlləsinə görə, yalnız temperatur 45 dərəcəyə çatanda, iş prosesinə fasilə vermək olar. Odur ki, belə isti havada işə getmək məcburiyyətində olanlar bu məqaləni oxumaqla günvurmadan qorunmağın yollarını da öyrənə bilərlər.


XS
SM
MD
LG