Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:58

Bakıdakı tarixi-memarlıq abidələri barədə sərəncam imzalandı


Prezident İlham Əliyev avqustun 18-də Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında sərəncam imzalayıb. Sənədə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu, Memarlıq və İnşaat Universiteti və Memarlar İttifaqı ilə birlikdə bir ay müddətində paytaxtdakı tarixi-memarlıq abidələrinin təmiri, xarici görünüşünün bərpası, abadlaşdırılması və xüsusi işıqlandırılması barədə təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Nazirlər Kabineti isə Bakıda yerləşən tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tarixi-memarlıq abidələrinin qorunması üçün öz səlahiyyətləri daxilində lazımi tədbirlər görməlidir.



XS
SM
MD
LG