Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:42

Avqustun 19-da polis-media münasibətləri müzakirə ediləcək


Mətbuat Şurasının sədri Əflatun Amaşov
Mətbuat Şurasının sədri Əflatun Amaşov

Avqustun 19-da Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvləri və aparıcı KİV rəhbərləri ilə Daxili İşlər Nazirliyi rəhbərliyi polis-media münasibətlərini müzakirə edəcəklər. MŞ-nın sədri Əflatun Amaşov bildirir ki, o, avqustun 17-də Daxili İşlər naziri Ramil Usubov və Prezident Aparatının İctimai-Siyasi Şöbəsinin rəhbəri Əli Həsənovla görüşüb. Dəyirmi masanın keçirilməsi barədə də həmin görüşdə razılıq əldə olunub.


Hazırda Daxili İşlər naziri Ramil Usubov ona böhtan atılması, şərəf və ləyaqətinin təhqir edilməsi ittihamıyla ölkənin bir neçə qəzetini məhkəməyə verib. Yerli və media təşkilatları son vaxtlar öz hesabatlarında Azərbaycan mətbuatının taleyindən narahatçılıq ifadə edirlər. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev də bir neçə gün əvvəl Ramil Usubovla görüşüb, nazirin məhkəmə şikayətləri ilə bağlı onunla müzakirə aparmışdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG