Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:54

Azərbaycanın xarici borcu 1 milyard 800 milyon dollardan artıqdır


Azərbaycanın xarici borcu 1 milyard 800 milyon dollardan artıqdır. Maliyyə Nazirliyinin 2006-cı ilin iyuluna olan rəsmi məlumatına görə, adambaşına düşən xarici borc 217 dollardan artıqdır. Bir il əvvəl isə bu, məbləğ təxminən 182 dollar idi.


İqtisadçı Əli Əlirzayev hesab edir ki, Azərbaycan Dünya və İslam İnkişaf banklarından və digər beynəlxalq maliyyə qurumlarından çoxlu kredit aldığı üçün adambaşına düşən borclar getdikcə artıb. Bu borcu elə də təhlükəli hesab etməyən cənab Əlirzayev bildirir ki, əslində, keçmiş sovet respublikaları içərisində Azərbaycan ən az xarici dövlət borcu olan ölkələrdəndir: «Borc almayan ölkə yoxdur».


İqtisadçı hesab edir ki, neft pullarının ölkəyə gəlişindən sonra Azərbaycan donor dövlətə də çevrilə bilər.


XS
SM
MD
LG