Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:30

Səfirliklərə yetərincə maliyyə ayrılacaq


Prezidentin tələb etdiyi öhdəlikləri yerinə yetirmələri üçün Maliyyə Nazirliyi Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə yetərincə maliyyə ayıracaq. Bu haqda jurnalistlərə xarici işlər nazirinin müavini Hafiz Paşayev məlumat verib. Onun sözlərinə görə, hökumət Dağlıq Qarabağ münaqişəsi kimi əhəmiyyətli məsələlər üçün həmişə maliyyə ayırıb və bundan sonra da bu işə xüsusi diqqət yetiriləcək. Sadəcə, bu zaman səfirliyin yerləşdiyi ölkələrin xüsusiyyəti, önəmi də nəzərə alınır.


XS
SM
MD
LG