Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 18:25

Televiziyalar xarici filmlərdən məhrum ola bilər


Müəllif Hüquqları Agentliyi xarici filmlərin alınmasında televiziyalara yardım etmək yollarını axtarır
Müəllif Hüquqları Agentliyi xarici filmlərin alınmasında televiziyalara yardım etmək yollarını axtarır

Azərbaycan televiziyalarında xarici filmlərin icazəsiz yayımı yaxın vaxtlarda yasaqlanacaq. Azərbaycan Müəllif Hüquqları Agentliyindən “Azadlıq” radiosuna verilən məlumata görə, onlar amerikalı həmkarları ilə audiovizual məhsulların müəllif hüquqlarının qorunmasıyla bağlı danışıqlar aparırlar. Amerikalı nümayəndələr Müəllif Hüquqları Agentliyində olublar və belə qərara gəliblər ki, Amerika filmlərinin hüquq sahiblərinin bu işi aparması və qanuni istifadə üçün Bakıda nümayəndəliyin açılmasına ehtiyac var. Belə bir nümayəndəlik açılandan sonra Birləşmiş Ştatlara məxsus filmlərin televiziyalarda nümayişi yalnız hüquq sahiblərinin razılığı əsasında mümkün olacaq. Nəzarət olunacaq ki, televiziyalarda ancaq icazəli filmlər göstərilsin.


Agentlikdən verilən məlumata görə, hazırda Azərbaycanda yalnız bir televiziya bütün xarici filmləri icazə hüququnu alandan sonra göstərir, digər bir televiziya da bu sahədə işlər aparır. Amma bu iki televiziyadan fərqli olaraq digər televiziyalarda lisenziyasız filmlərin nümayişi davam etdirilir.


Teletənqidçi Sevda Sultanova hesab edir ki, lisenziyasız xarici filmlərin yayımına qoyulacaq qadağa televiziyalar üçün müəyyən problemlər yaratsa da, bu, ümumilikdə Azərbaycanda yerli film istehsalına təsir edəcək. Digər tərəfdən, belə bir qadağa Azərbaycan filmlərinin xarici televiziyalarda nümayişinə də yol aça bilər.


Xanım Sultanova deyir ki, Kann, Oskar, Berlin və digər beynəlxalq kinofestivallarda nümayiş etdirilən filmlər heç Avropa telekanallarında nümayiş olunmamış Azərbaycan televiziyalarında göstərilir. Amma həm yaradıcılıq, həm də maddi-tekniki imkanlar baxımından Azərbaycan televiziyalarından xeyli irəlidə olan Rusiya televiziyasında “Qladiator” filminin təqdimat mərasimi bu günlərdə keçirilib.


Sevda Sultanova bildirir ki, əvvəllər Rusiya telekanalları da “pirat” filmlərdən istifadə edirdi, amma Amerika şirkətlərinin qadağalarından sonra Rusiya televiziyaları yerli istehsala üstünlük verməyə başladılar. Və bu da yerli film istehsalının inkişafına güclü təkan verdi. İndi yerli kanallar “pirat” Amerika və Avropa filmlərindən daha ucuz və keyfiyyətli yerli filmlərin nümayişinə üstünlük verirlər. Xanım Sultanovaya görə, Azərbaycanda da belə bir addım atılsa, bu, yerli kino istehsalına yaxşı təkan ola bilər.


Müəllif Hüquqları Agentliyində isə düşünürlər ki, bu məsələ daha çox maliyyə problemlərilə bağlıdır. Ona görə də Agentlik xarici filmlərin alınmasında bəzi televiziyalara yardım etmək yollarını da axtarır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG