Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:13

Tətilçi fəhlələr İpək yolunda işi müvəqqəti bərpa etdilər


Hacıqabul-Kürdəmir yolunun yenidən qurulmasıyla məşğul olan İtaliyanın «Todini» şirkətinin tətil edən 100-dən çox işçisi avqustun 15-də səhər işi bərpa ediblər. Əlavə iş saatlarına görə ödənişlərin verilməməsindən gileylənən fəhlələrdən biri – Zakir Səttarovun verdiyi məlumata görə, bu, müvəqqətidir və əgər iki gün ərzində tələbləri yerinə yetirlməzsə, yenidən aksiyaya başlayacaqlar. Onun bildirdiyinə görə, avqustun 14-də «Todini» şirkətinin nümayəndələri ilə keçirilən görüş zamanı işçilər öz tələblərini yazılı formada onlara təqdim ediblər və şirkət təmsilçiləri vəziyyəti araşdıracaqlarına söz veriblər. Tələblərdə həmçinin şirkətdə həmkarlar təşkilatının təsis edilməsi üçün şəraitin yaradılması və yerli işçilərlə kobud rəftara yol verilməməsi halları da əksini tapıb.


Fəhlələrlə danışıqlarda «Todini» şirkətinin Azərbaycan nümayəndəliyini təmsil edən İrina Seledçik isə məsələ ilə bağlı hələlik şərh vermək istəmədiyini bildirdi.


Hacıqabul-Kürdəmir yolu Beynəlxalq İpək yolu layihəsinə daxildir. Yolun yenidən qurulmasını Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir, İtaliyanın «Todini» şirkəti icra edir. Tətil avqustun 14-də səhər başlanmışdı.


XS
SM
MD
LG