Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 20:03

3 boksçu mükafat alıb

Türkiyənin İstanbul şəhərində yeniyetmələr arasında 5-ci Dünya Çempionatı yekunlaşıb. 42 ölkənin qatıldığı turnirdə Azərbaycanı 12 boksçu təmsil edib.


Onlardan ən yaxşı nəticəni İlkin Ağayev göstərib. 50 kq-da çıxış edən həmyerlimiz gümüş mükafatçılar sırasında yer alıb, daha iki boksçu – Rəşad Müslümovla Hafiz İsgəndərov isə bürünc medalla kifayətləniblər. Komanda hesabında Azərbaycan yığması 9-cu yeri tutub.


XS
SM
MD
LG