Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:03

BMT-nin Qaçqınların işi üzrə ali komissarı Bakıya gəlir


Avqustun 15-də BMT-nin Qaçqınlar işi üzrə ali komissarı Antonio Qterres və bu qurumun Avropa Bürosunun direktoru xanım Pirkko Kourulanın Azərbaycana səfəri nəzərdə tutulur. Onlar məcburi köçkünlərin vəziyyətilə tanış olmaq istəyirlər. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov «Azadlıq» radiosuna bildirib ki, qonaqlar avqustun 16-da Sabirabad rayonunda yerləşən «Qalaqayın» çadır şəhərciyində, Biləsuvar və Beyləqan rayonlarında salınmış qəsəbələrdə məcburi köçkünlərlə görüşəcəklər.


Sənan Hüseynovun sözlərinə görə, qonaqların Bakıda rəsmilərlə də görüşləri nəzərdə tutulur.


XS
SM
MD
LG