Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:50

Sabah sonuncu - IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək


IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin 5246 nəfəri oğlan, 8317-i isə qızıdır
IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin 5246 nəfəri oğlan, 8317-i isə qızıdır

Avqustun 12-də 2006-2007-ci tədris ili üçün respublikanın ali məktəblərinə sonuncu - IV ixtisas qrupu üzrə abituriyentlərin qəbul imtahanı keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, həmin gün 13563 abituriyent (Bakıda 12344, Naxçıvanda isə 1219 nəfər) qəbul imtahanı verəcək. İmtahana qatılacaq abituriyentlərin 12345-i Azərbaycan bölməsi, 1218 nəfər isə rus bölməsi üzrə biliyini sınayacaq. Abituriyentlərin 5246 nəfəri oğlan, 8317-i isə qızıdır.


İmtahanın keçirilməsi üçün Bakıda 19, Naxçıvanda isə 2 bina ayrılıb. Bakı və Sumqayıt orta məktəblərindən 892 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 74 imtahan rəhbəri cəlb olunub. Bu qrupun ixtisaslarını seçən 85 abituriyent xarici ölkələrin vətəndaşıdır.


Adıçəkilən ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1992-ci ildəndir.


Statistika bu il IV ixtisas qrupu üzrə təhsillərini davam etdirmək arzusunda olanların sayının ötən illərlə müqayisədə daha çox olduğunu göstərir. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən bu qrup üzrə test suallarının ekspertizası aparılacaq. Bu proses başa çatan kimi düzgün cavablar TQDK-nın internet səhifəsində (www.tqdk.gov.az) yerləşdiriləcək.


XS
SM
MD
LG