Avqustun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 24 nəfər sabiq ədliyyə işçinin məhkəməsi 12 vəkilin prosesə qatılmaması ucbatından təxirə salınıb. Məhkəmə avqustun 23-də davam edəcək.
Ötən il həbs edilən Ədliyyə Nazirliyin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin İntendant Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov və bir neçə Cəzaçəkmə Müəssisəsinin yüksək vəzifəli şəxsləri və nazirliyin digər keçmiş işçiləri mənimsəmə və ya israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə üzləşiblər.