Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 09:14

2008-ci ilin sonuna qədər 40 Olimpiya Kompleksi tikiləcək


«2008-ci ilin sonuna qədər ölkədə 40 Olimpiya Kompleksi tikiləcək». Gənclər və Turizm naziri Azad Rəhimov jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, hazırda ölkədə 10 Olimpiya Kompleksi fəaliyyət göstərir: «Qazax, Ağdam, Qusar və Salyan rayonlarında 4 kompleks inşa edilir, 13 kompleksin isə layihəsi hazırlanır».


Prezident İlham Əliyevlə birgə Salyan rayonunda səfərdə olan Azad Rəhimov bildirib ki, Salyan Olimpiya Kompleksinin inşası 2007-ci iyun ayında başa çatacaq: «Bu kompleksin dəyəri 3 milyon yeni manatdır. Tikintini «Nurgün» inşaat şirkəti aparır».


XS
SM
MD
LG